Həmkarlar ittifaqlarını sevindirən xəbər

Həmkarlar ittifaqlarını sevindirən xəbər

Baş Kollektiv Sazişdə dəyişiklik edildi

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-ci il 6 mart tarixli 58 nömrəli qərarla bağlanmış “Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş”də dəyişiklik edilib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının üzvlük haqlarının 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsi barədə öhdəlik götürməsini əks etdirir.
Qeyd edək ki, buna qədər tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verir, köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılırdı.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər