Azərbaycanda qeyri-dövlət pensiya fondları yaradıla bilər

Azərbaycanda qeyri-dövlət pensiya fondları yaradıla bilər

...bütün bunlar "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən olunmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir

“Qarşıdakı illər ərzində qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı nəzərdə tutulur”. Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Fond sədrinin sözlərinə görə, bütün bunlar "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən olunmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

S. Müslümov onu da bildirib ki, vahid sığorta-pensiya sisteminin kifayət qədər əhatəliliyinin təmin edilməsi hesabına, hazırda, Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 273 min nəfər pensiyaçı və 2 105 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

“Maliyyə dayanıqlığının artırılmasına yönəldilmiş istiqamətlərdən biri də sığorta-pensiya sistemində yığım komponentinin tətbiqidir. Yəni, müəyyən stimullaşdırıcı vasitələr daxil edilməklə yığım komponenti vasitəsilə məşğul əhalinin sığorta-pensiya sistemində daha aktiv iştiraka cəlb olunmasıdır” - deyə, fond sədri əlavə edib. Onun sözlərinə görə, hazırda yığım komponentinin tətbiqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təhlillərin aparılması işi davam etdirilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər