Mili Məclisin iclasının gündəliyi açıqlanıb

Mili Məclisin iclasının gündəliyi açıqlanıb

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, gündəliyə 16 məsələ salınıb. Millət vəkilləri M.C.Muradovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi, F.İ.İbrahimovun Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi məsələlərinə baxacaqlar. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda, “Dövlət qulluğu haqqında” qanunda, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda, “İcra haqqında” qanununda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda, Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında məsələlər də müzakirəyə çıxarılacaq.

Millət vəkilləri komitə iclasında dilinin qəliz olması səbəbindən ciddi tənqidlərə məruz qalmış “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsini də ikinci oxunuşda müzakirə edəcəklər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər