Diqqət! Pensiyaya çıxmaq üçün xidmət illərinin müddəti artırılır

Diqqət! Pensiyaya çıxmaq üçün xidmət illərinin müddəti artırılır

Dövlət qulluqçularına pensiyanın verilməsi üçün tələb olunan xidmət illərinin minimum həddi 5 ildən 15 ilə qaldırılır.
Bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 23-cü maddəsinin (Dövlət qulluqçularının pensiya təminatı)  2-ci bəndinə dəyişiklik təklif edilir. Hazırki qanunvericiliyə (23.2 maddə) görə, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət  pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.
Dəyişikliyə görə isə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılı olacaq. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunacaq.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin martın 6-da keçiriləcək iclasında müzakirə ediləcək.

0 Komment

    Şərh yazın

    Xəbərlər