Azərbaycanda əmlak vergisinin yığımıilə bağlı problemlərin həlli üçün mexanizmlər hazırlanır
Azərbaycanda bədiyyələrin əmlak vergisini yığması ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün mexanizmlər hazırlanır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş üzrə Mərkəzin rəhbəri Mehdi Səlimzadə bildirib.
"Hazırda bələdiyyələrin əmlak vergisini yığması problemdir. Bu, bələdiyyələrdən asılı olduğu qədər, vergi ödəyicilərindən də asılıdır. Əmlak vergisinin vaxtında ödənilməməsinin səbəbi əhalinin məlumatlandırılması ilə bağlı işin səmərəsiz aparılmasıdır. Biz bələdiyyələrə bu istiqamətdə işlərini yaxşılaşdırmağa kömək edirik", - Səlimzadə qeyd edib.
Onun sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu bu vergiləri ödəməyə məcbur edən mexanizmlərin tətbiq edilməsidir.
"Vergilər bələdiyyələrin maliyyələşdirilməsinin əsas mənbələrindən biridir. Buna görə də bu istiqamətdə ayrı-ayrı layihələr üzərində müvafiq dövlət strukturları ilə birgə iş aparılır. Biz bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər strukturların təkliflərini nəzərdən keçiririk", - Səlimzadə vurğulayıb.
0 Komment
Şərh yazın