Vergi orqanlarında işləmək üçün keçirilən müsabiqədə təhsil məsələsi necə tənzimlənir?

Vergi orqanlarında işləmək üçün keçirilən müsabiqədə təhsil məsələsi necə tənzimlənir?

Vergilər Nazirliyinin müsabiqəsində ən mühüm məsələ üzrə məsləhət

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 0817040100977800 saylı 26.09.2008-ci il tarixli əmri ilə təsdiq edilən “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi” qaydalarında birmənalı olaraq göstərilir ki,  ali təhsil olmayan və əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar vergi orqanlarına xidmətə qəbul edilmirlər.

Qaydaların 1.7.3.-ci bəndində həmçinin bildirilir ki, vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ixtisasa malik olmayan şəxslər da xidmətə qəbul edilmirlər. Müvafiq ixtisas dedikdə konkret hansı ixtisaslar nəzərdə tutulur?  Qeyd edək ki, düzəlişdən əvvəl qaydalarda konkret göstərildi ki, iqtisadiyyat,hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən birinə malik olmayan vətəndaşlar qəbul edilmirdilər. Göründüyü kimi, artıq dəyişiklik edilərək bildirildi ki, vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ixtisasa malik olmayan şəxslər xidmətə qəbul edilmir. Son elanda qeyd edilib ki, hüquqşünas vəzifələrinə yalnız hüquqşünas ixtisasına malik vətəndaşlar ərizə verə bilərlər. Həmçinin  mühasib vəzifələrinə yalnız iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış vətəndaşlar ərizə verə   bilərlər. Maraqlıdır ki, dövlət vergi müffətişi vəzifəsində çalışmaq üçün hansı müvafiq ixtisas lazımdır? Misal üçün, Texniki Univestiteti bitirən şəxs imtahanlarda iştirak edə bilərmi? Bu məsələ ilə qaydalarda tam açıqlama rast gəlmədiyimizdən, oxuculara məsləhət görərdik ki, 15 oktyabr 2012-ci tarixdən başlayacaq ərizə qəbulunda iştirak etsinlər. Qaydalara əsasən, sənədlər qəbul olunduqdan sonra , namizəd üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala biləcək. Artıq bu zaman bilinəcək ki, namizədin ixtisası vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ixtisasa uyğun gəlir yoxsa yox.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər