Hansı halda test və müsahibə mərhələsində keçən namizədi işlə təmin etməyə bilərlər?

Hansı halda test və müsahibə mərhələsində keçən namizədi işlə təmin etməyə bilərlər?

Vergiləri Nazirinin əmri ilə təsdiq olunan “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi” qaydalarının 1.4-cü bəndinə əsasən, Müraciət edən elektron ərizə formasında göstərilən məlumatların doğruluğuna cavabdehdir. Namizəd bilərəkdən təhrif olunmuş məlumatlar verdikdə müsabiqəyə buraxılması barədə ərizəsi səbəb göstərilməklə rədd olunur. Təhrif olunmuş məlumatlar müsahibə mərhələsindən sonra işlə təmin olunacaq namizədlərin sənədlərinin toplanması zamanı aşkar olunarsa, həmin namizəd kadr ehtiyatları sırasına və vergi orqanlarına xidmətə qəbul edilmirlər.

Bu səbəbdən də namizədlərin 15 oktyabr 2012-ci il tarixdən başlayaraq dolduracaqları ərizə formalarında diqqətli olmaqlarını xahiş edirik.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər