Hərbi xidmətlə bağlı hansı şəxslər vergi orqanlarında xidmətə qəbul edilmirlər?
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 0817040100977800 saylı 26.09.2008-ci il tarixli əmri ilə təsdiq olunan “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi” qaydalarının 1.7.6-c bəndinə əsasən, Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarına xidmətə qəbul edilmirlər.
Qeyd edək ki, bu bənd hərbi xidmətlə bağlı qaydalara edilən son dəyişiklikdir. Xatırladaq ki, qüvvədən düşmüş dəyişiklikdə isə hərbi xidmətdə olmayan vətəndaşlar (ailə vəziyyətinə görə, elmi dərəcə aldığına görə cağrışdan azad edilmiş və ehtiyatda olan zabitlər istisna olunmaqla) vergi orqanlarında xidmətə qəbul edilmirdi.
0 Komment
Şərh yazın