ŞAD XƏBƏR! Vergilər Nazirliyi işəqəbulla bağlı müsabiqəni elan etdi
Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 2008-ci il 26 sentyabr tarixli 0817040100977800 nömrəli əmri ilə təsdiq edilmiş "Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları"nın tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında 15.10.2012-ci il tarixdən 11.11.2012-ci il tarixədək aparılır. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.
Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər. Sənədləri qəbul edilən namizədlər 28.11.2012-ci il tarixdən 01.12.2012-ci il tarixədək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.
Müsabiqənin test imtahanı 02.12.2012-ci il tarixdə TQDK-nın müəyyən etdiyi yerdə keçiriləcəkdir. “Elektron ərizə” formasını doldurmazdan qabaq namizədlər “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi” qaydaları ilə tanış olmalı, yalnız bu qaydalarla razı olduqları halda qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və digər məlumatlar göndərilir.
Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı problem yarandıqda 0-12-403-87-52 nömrəli telefonla Vergilər Nazirliyinə, nazirliyinin inzibati binasının qəbul otağına, Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsinə və Ərazi Vergilər İdarələrində ayrılmış xüsusi otaqlara və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Diqqət! Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilər. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vəzifədən imtina edərsə Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır!
Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı
3 saylı Ərazi Vergilər İdarəsi – 3 ştat vahidi (Quba şəhəri)
Audit şöbəsi dövlət vergi müfəttişi - 1
Bəyannamələrin kameral yoxlanılması şöbəsi dövlət vergi müfəttişi -
1 Vergi proqnozu və risklərin təhlili şöbəsi dövlət vergi müfəttişi - 1
5 saylı Ərazi Vergilər İdarəsi – 1 ştat vahidi (Şirvan şəhəri)
Hüquq bölməsi dövlət vergi müfəttişi - 1
6 saylı Ərazi Vergilər İdarəsi – 6 ştat vahidi (Lənkəran şəhəri)
Hüquq şöbəsi hüquqşünas - 1
Operativ nəzarət şöbəsi dövlət vergi müfətişi - 1
Vergi ödəyicilərinə xidmət şöbəsi dövlət vergi müfətişi - 1
Vergi proqnozu və risklərin təhlili şöbəsi dövlət vergi müfəttişi - 1
Qeydiyyat və uçot şöbəsi dövlət vergi müfəttişi -1
baş hüquqşünas - 1
8 saylı Ərazi Vergilər İdarəsi – 3 ştat vahidi (Beyləqan şəhəri)
Bəyannamələrin kameral yoxlanılması şöbəsi dövlət vergi müfəttişi - 2
Koordinasiya şöbəsi böyük mütəxəssis - 1
9 saylı Ərazi Vergilər İdarəsi – 6 ştat vahidi (Göyçay şəhəri)
Hüquq bölməsi hüquqşünas - 1
Bəyannamələrin kameral yoxlanılması şöbəsi dövlət vergi müfəttişi - 1
Audit şöbəsi dövlət vergi müfəttişi - 1
Vergi borcları şöbəsi böyük dövlət vergi müfəttişi - 1
dövlət vergi müfəttişi - 1
Operativ nəzarət şöbəsi dövlət vergi müfəttişi - 1
11 saylı Ərazi Vergilər İdarəsi – 1 ştat vahidi (Yevlax şəhəri)
Vergi proqnozu və risklərin təhlili şöbəsi dövlət vergi müfəttişi - 1
13 saylı Ərazi Vergilər İdarəsi – 1 ştat vahidi (Zaqatala şəhəri)
Koordinasiya şöbəsi böyük mütəxəssis - 1
14 saylı Ərazi Vergilər İdarəsi – 4 ştat vahidi (Şəmkir şəhəri)
Vergi ödəyicilərinə xidmət şöbəsi dövlət vergi müfətişi - 2
Operativ nəzarət şöbəsi dövlət vergi müfəttişi - 1
Vergi proqnozu və risklərin təhlili şöbəsi dövlət vergi müfəttişi - 1
Laçın rayonu Vergilər Şöbəsi – 3 ştat vahidi (Ağcabədi rayounu, Taxta Körpü qəsəbəsi)
mühasib - 1
Bəyannamələrin qəbulu və uçotun təşkili bölməsi böyük dövlət vergi müfəttişi - 1
Vergi borclarının məcburi alınması işinin təşkili bölməsi böyük dövlət vergi müfəttişi - 1
Xocavənd rayonu Vergilər Şöbəsi – 2 ştat vahidi (Beyləqan rayonu)
Bəyannamələrin yoxlanılması və uçotun təşkili üzrə dövlət vergi müfəttişi - 1
Vergi ödəyicilərinin məlumatlandırılması işinin təşkili üzrə dövlət vergi müfəttişi - 1
Füzuli rayonu Vergilər Şöbəsi – 2 ştat vahidi (Horadiz rayonu)
mühasib - 1
Vergi borclarının məcburi alınması işinin təşkili bölməsi böyük dövlət vergi müfəttişi - 1
Ağdam rayonu Vergilər Şöbəsi – 2 ştat vahidi (Bərdə şəhəri)
Vergi borclarının məcburi alınması işinin təşkili bölməsi dövlət vergi müfəttişi - 1 Bəyannamələrin qəbulu və uçotun təşkili bölməsi böyük dövlət vergi müfəttişi - 1
Cəmi 34 yer
Qeyd: - Müsabiqənin sonuna qədər boş vəzifələrin sayı dəyişə bilər; - hüquqşünas vəzifələrinə yalnız hüquqşünas ixtisasına malik vətəndaşlar ərizə verə bilərlər; - mühasib vəzifələrinə yalnız iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış vətəndaşlar ərizə verə bilərlər.
1 Komment
Qasımov Ələsgər 24 Sentyabr 2022
Salam .Mən Qasımov Ələsgər Umud oğlu, Laçin rayonu vergilər şöbəsində mövçud vakansiyalara imtahan vermək istəyirəm .
Şərh yazın