Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə indiyədək 350 mln. manatadək vəsait ödənilib

Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə indiyədək 350 mln. manatadək vəsait ödənilib

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycanın Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi nəticəsində 2012-ci il iyun ayının 1-dən oktyabrın 1-dək əmanətçilərə 349,109 mln. manatdan çox vəsait ödənilib. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Kapital Bank»ın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

A.Əliyevin sözlərinə görə, 4 ay (iyun-sentyabr) müddətində «Kapital Bank»a fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən 995 673 müraciət daxil olub. Bu müddətdə Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində 956 921 müraciətə baxılıb və 819 774 əmanətçiyə ümumilikdə 349,109 mln. manatdan çox vəsait ödənilib.

A.Əliyev bildirib ki, 65 880 müraciət üzrə ödənişlərin aparılmasına icazə verilib, sənədlərini təqdim etmiş həmin əmanətçilər fərdi birdəfəlik ödəməni götürmək üçün hələlik yerli xidmət məntəqələrinə müraciət etməyiblər: «Müxtəlif hüquqi səbəblərdən 71 267 müraciətin icrasından imtina edilib, 38 752 müraciətə isə hazırda baxılmaqdadır».

A.Əliyev qeyd edib ki, artıq oktyabr ayının 1-dən Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağın işğal olunmuş ərazilərindən qaçqın düşmüş məcburi köçkünlər üçün «Kapital Bank»ın Bakının Xəqani küçəsində yerləşən 144 saylı məntəqəsi də fəaliyyətə başlayıb: «Bu ərazilərdən olan əmanətçilər fərdi birdəfəlik ödənişləri almaq üçün bankın həmin məntəqəsinə müraciət edə bilər».

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər