Bakı metropoliteni bugünki dayanma ilə bağlı açıqlama yaydı
"Həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər....."
Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 6:44-də «Azərenerji» sitemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsi kəsildiyindən Bakı metropoliteninin də fəaliyyəti məcburi dayanıb. Həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına müvafiq surətdə tunel və stansiyalardan təxliyyə olunublar. Hadisə nəticəsində heç bir sərnişinin xəsarət almayıb.
Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verildikdən sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar.
0 Komment
Şərh yazın