Bakı və Sumqayıtda elektrik enerjisinin dayandırılmasının səbəbləri açıqlandı

Bakı və Sumqayıtda elektrik enerjisinin dayandırılmasının səbəbləri açıqlandı

Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub. Bu barədə APA-ya FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər.

Məlumatda qeyd olunub ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.

Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Enerjinin kəsilməsi nəticəsində Bakı Metropoliteninin işi də iflic olub, metronun fəaliyyəti dayanıb.

Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.

Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər görülür.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər