Nazirlikdən gənc ailələr və gənclərə ipoteka krediti verilməsi bağlı açıqlama
“Azərbaycanda gənc ailələrə və gənclərə ipoteka krediti verilməsi ilə bağlı Gənclər və İdman Nazirliyinin üzərinə düşən məsələlər həllini tapıb”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi kreditin verilməsi ilə bağlı sənədin hazırlanması prosedurunu başa çatdırıb: “Artıq təkliflər paketi Azərbaycan İpoteka Fonduna göndərilib, digər məsələlər fondun icraatındadır”.
0 Komment
Şərh yazın