Banklar pul qazanmağı insanların təhsil almasından üstün tuturlar?
Milli Məclisin payız sessiyasında hamımızın çoxdan gözlədiyi “Təhsil krediti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Əksəriyyət bu qanunun qəbul olunmasını istəsə də, banklar bunun əleyhinədir.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi, millət vəkili Vahid Əhmədov Modern.az-a deyib ki, təhsil krediti ilə bağlı İqtisadi siyasət komitəsinə çoxlu müraciətlər daxil olub. Onun sözlərinə görə, təhsil haqları yüksək olduğu üçün çoxları təhsil ala bilmirlər ya təhsilini yarımçıq qoyurlar.
“Biz təhsil krediti ilə bağlı İqtisadi İnkişaf Nazirliyindən və Təhsil Nazirliyindən müsbət cavab almışıq. Qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınacaq. Ümid edirəm ki, qanun qəbul olunacaq”, – deyə V.Əhmədov deyib.
Millət vəkili bankların bu qanunun əleyhinə olması məsələsinə də münasibət bildirib. “Bu qanun banklara sərf eləmir. Onlar bundan pul, gəlir götürmürlər. Amma təhsil sistemi dövlətin prioritet sahəsidir. Bu məsələ ilə bağlı işlər gedir”.
0 Komment
Şərh yazın