Xaricə göndəriləcək 588 tələbənin ən çox hansı sahə üzrə təhsil alacağı acıqlandı

Xaricə göndəriləcək 588 tələbənin ən çox hansı sahə üzrə təhsil alacağı acıqlandı

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2012/2013-cü tədris ilində xaricdə təhsil almaq üçün ümumilikdə 588 gəncin müxtəlif ölkələrə göndərilməsi nəzərdə tutulur. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin (TN) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva deyib.

Onun sözlərinə görə, artıq gənclərin bir hissəsi təhsil almaq üçün xarici ölkələrə göndərilib.
Əliyeva deyib ki, xaricdə təhsil almaq üçün keçirilən müsabiqənin nəticələri Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasının son qərarına uyğun olaraq müəyyənləşdirilir. Hazırda xaricdə təhsil alacaq gənclərin son siyahısı müəyyənləşdirilir. Yekun siyahı hazır olduqdan sonra Təhsil Nazirliyinə göndəriləcək.
Nazirlik rəsmisinin sözlərinə görə, bu il gənclərimizin çoxu xaricdə tibb sahəsi üzrə təhsil alacaqlar. Gənclərin çoxu təhsillərini müxtəlif təhsil səviyyələri üzrə Almaniya və Türkiyədə davam etdirəcəklər.
Əliyeva bildirib ki, bu il 66 nəfər Almaniya Akademik Mübadilə Xidməti vasitəsilə həmin ölkədə təhsil alacaq. Onların 9-u mühəndis, qalanları isə tibb ixtisası üzrə təhsil alacaqlar. Artıq həmin tələbələrin 40-ı yaşayış yeri ilə təmin olunub, qalan 26 nəfərin yaşayış yeri ilə təmini yekunlaşmaq üzrədir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər