İpoteka kreditlərinin alınması zamanı güzəştlərdən istifadə hüququna malik şəxslərin siyahısına dəyişiklik
Prezidetin fərmanı ilə kimlər ipoteka kreditlərinin alınması zamanı güzəştə malik olacaq?
Azərbaycanda ipoteka kreditlərinin alınması zamanı güzəştlərdən istifadə hüququna malik şəxslərin siyahısına Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları da daxil edilib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarına bununla bağlı dəyişiklik edilib.
Güzəştlər yalnız azı 3 il xidmət göstərən hərbi qulluqçulara şamil edilir.
0 Komment
Şərh yazın