ARDNŞ-dən Gürcüstanla bağlı yeni layihə
Gürcüstanın qərbində Kulevi azad sənaye zonasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) karbamid istehsalı zavodunun təməlqoyma mərasimi sentyabrın 18-də olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Kulevidə yeni müəssisənin təməlqoyma mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili iştirak edəcək.
Abdullayevin sözlərinə görə, zavodun tikintisi çərçivəsində bütün işlər Sumqayıtda analoji müəssisənin yaradılması üzrə işlərlə paralel aparılacaq.
O deyib ki, hazırda Sumqayıtda karbamid zavodunun tikintisi üzrə podratçının seçilməsinə dair tender proseduru başa çatır. Tikinti işlərinə bu ilin sonunda başlanılması planlaşdırılır.
"Tenderin qalibi olacaq şirkət Gürcüstanda yeni emal müəssisəsinin yaradılması üzrə işləri də aparacaq", - ARDNŞ prezidenti vurğulayıb.
0 Komment
Şərh yazın