Vergilər Nazirliyindən işə qəbulla bağlı açıqlama
Bakı və Sumqayıtda vergi orqanlarında işləmək istəyənlər üçün xəbər var….
Son zamanlar işə qəbulla bağlı şifahi və yazılı sorğuların artması ilə əlaqədar bildiririk ki, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə” də işə qəbul üçün müsabiqənin keçirilməsinin konkret vaxtı və tarixi müəyyən edilməmişdir. Belə ki, müsabiqə vergi orqanlarında onu keçirmək üçün zəruri sayda vakant iş yerləri yarandıqda elan edilir və keçirilir. Bu səbəbdən il ərzində neçə vakant iş yerinin yaranacağını və bununla bağlı müsabiqə elan edilib edilməyəcəyini proqnozlaşdırmaq da mümkünsüzdür. Müsabiqənin planlaşdırılması və keçirilməsi arasında (sənəd qəbulu daxil olmaqla) 45-50 gün müddət olur ki, bu barədə də dərhal nazirliyin rəsmi internet səhifəsində, facebook səhifəsində, “Vergilər” qəzetində və digər kütləvi informasiya vasitələrində vətəndaşlara məlumat verilir. Məlumat üçün bildiririk ki, 2011-ci ildə keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanmış 226 nəfərdən 206 nəfər 1 il 3 ay ərzində işlə təmin edilmişdir. Qalan 20 nəfər isə ehtiyat kadr kimi təyinat növbəsini gözləyir.
Onu da bildiririk ki, əgər 2012-ci ildə müsabiqə elan edilərsə bu müsabiqədə uğur qazanmış namizədlər yalnız Bakı və Sumqayıt şəhərlərində yerləşən vergi orqanları istisna olunmaqla (bu orqanlarda boş iş yeri olmadığından və boşalan yerlərə 2011-ci ildən ehtiyatda olan kadrların təyin olunacağını nəzərə alaraq) digər yerli vergi orqanlarında yaranan vakant yerlərə təyinat alacaqlar.
0 Komment
Şərh yazın