Azərbaycanda bələdiyyələrə işə qəbul müsabiqə ilə olacaq

Azərbaycanda bələdiyyələrə işə qəbul müsabiqə ilə olacaq

Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində planlaşdırılan tədbirlərindən biri də bələdiyyələrin fəaliyyətini təkmilləşdirilməsi olacaq.

«APA-ECONOMICS»in məlumatına görə, bu prezident İlham Əliyevin təsdiqlədiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na əsasən bələdiyyə aparatlarında qulluğa qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçiriləcək. Sənəddə 2013-cü ildə bununla bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

Milli Fəaliyyət Planına əsasən korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət qulluğuna qəbul da təkmilləşdiriləcək. Eyni zamanda dövlət qulluqçularının məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi ilə bağlı da təkliflərin hazırlanması gözlənilir. Nazirlər Kabineti və Maliyyə Nazirliyi bu işləri 2013-2015-ci illər ərzində həyata keçirməlidir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər