İki nazirliyin səlahiyyətləri artırıldı
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”ni “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə bəzi əlavələr edilib.
Fərmana əsasən nazirliyə uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək, nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq səlahiyyətləri verilib.
Ölkə başçısı həmçinin Daxili İşlər Nazirliyinin əsasnaməsində də dəyişiklər edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Daxili İşlər Nazirliyinə uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək, nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq səlahiyyətləri verilib.
0 Komment
Şərh yazın