Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə xarici şirkətlər də cəlb oluna bilər

Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə xarici şirkətlər də cəlb oluna bilər

Azərbaycan hökuməti Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə xarici şirkətləri də cəlb etmək niyyətindədir.

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycan Tunelçilər Birliyinin və “AzərTunelMetroTikinti” ASC-nin sədri Şaiq Əfəndiyev bildirib.

Onun sözlərinə görə, metro tikintisində baza təşkilat yenə də “AzərTunelMetroTikinti” olacaq: “Amma Bakı Metropoliteninin inkişafı layihəsi böyükdür və bunun üçün çoxsaylı tunel qazma qurğuları tələb olunur. Bunları almağa bizim imkanımız yoxdur, ehtiyac da yoxdur. Ona görə də biz bu işlərə xarici şirkətləri de cəlb edəcəyik”.

Ş.Əfəndiyev qeyd edib ki, Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə xarici şirkətlər maraq göstərirlər. Sentyabrın 10-11-də Bakıda keçiriləcək «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi çərçivəsində bununla bağlı danışıqlar aparılacaq, sonra isə tender elan ediləcək.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər