İşçiyə işdən çıxdıqda axırıncı iş ilin yoxsa bütün iş illərinə görə istifadə olunmayan məzuniyyətə kompensasiya ödənilməlidir?

İşçiyə işdən çıxdıqda axırıncı iş ilin yoxsa bütün iş illərinə görə istifadə olunmayan məzuniyyətə kompensasiya ödənilməlidir?

Sual: Mən işlədiyim son 3 ildə məzuniyyətə çıxmamışam. Əgər mən işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi tələb edə bilərəmmi?

Cavab: Bəli, Sizin buna görə pul əvəzi tələb etmək haqqınız var. Çünki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər