60 minə yaxın insanın əmanət almaq sevdasının üstündən xətt çəkilib

60 minə yaxın insanın əmanət almaq sevdasının üstündən xətt çəkilib

“Üç ay ərzində “KapitalBank”ın yerli struktur bölmələrinə 731303 müraciət daxil olub”. Modern.az xəbər verir ki, bu barədə "KapitalBank"ın idarə heyəti sədrinin müavini Araz Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, birdəfəlik ödəmələrə görə “KapitalBank”ın mərkəzinə buraxılmayan sənədlərin sayı 42518, buraxılan sənədlərin sayı isə 688785-dir.

“İcazə verilən, amma gəlib pulunu götürməyənlərin sayı 63251, imtina edilənlər (sənədlərində problemləri olanlar) 59263, ödəniş olunanların sayı isə 566271 nəfərdir. Sentyabrın 3-dək birdəfəlik ödəniş üçün 263,7 milyon manat sərf olunub”.

Qeyd edək ki, birdəfəlik əmanətlərin ödənilməsinə iyunun 1-dən başlanılıb.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər