Müəssisələrin Məşğulluq Xidmətində qeydiyyatdan keçməsi necə rəsmiləşir?
Dövlət Məşğulluq Xidməti "MK" jurnalının sualını cavablandırır
Sual: Müəssisələr Məşğulluq Xidmətində qeydiyyatdan keçməlidir?
Cavab: “Vahid pəncərə” sistemi fəaliyyətə başladıqdan vergi orqanları təşkilatlar haqqında məlumatları məşğulluq idarələrinə göndərir. Məşğulluq xidməti də həmin məlumatları yerli orqanlarına göndərdiyindən hər hansı təkrar qeydiyyata ehtiyac yoxdur. Sadəcə olaraq, yerli məşğulluq orqanlarında hər bir müəssiəsə üçün elektron baza yaradılır və daxili sənədləşmələr üçün müəyyən sıralanma olur ki, bu da hesabatların tez alınması, faylları daha çox tez tapılmasına xidmət edir. Bir daha qeyd etmək istəyirəm ki, bu çür rəqəmlərin verilməsi təkrar qeydiyyat sayılmır və ümümiyyətlə məşğulluq xidmətinin müəsssisəni qeydiyyat almağa ixtiyarı yoxdur.
Sualı “Monitor Konsaltinq” jurnalının 37-ci sayında Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının təhlili və statistikası şöbəsinin müdiri İsa Həsənov cavablandırıb.
0 Komment
Şərh yazın