Dövlət Neft Fondundan Macarıstanla bağlı açıqlama
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Macarıstanda heç bir qiymətli kağıza investisiya etməyi nəzərdə tutmur. Trend-in məlumatına görə, bu barədə Fondun rəsmi açıqlamasında deyilir.
"Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF-nin Macarıstan qiymətli kağızlarını alması ilə bağlı dərc edilən məlumatla əlaqədar bildirir ki, Neft Fondu Macarıstanda heç bir qiymətli kağıza və ya digər maliyyə alətinə investisiya etməyi nəzərdə tutmur" , - açıqlamada bildirilir.
ARDNF bu cür yanlış informasiyalar dərc edilməzdən əvvəl məlumatların Neft Fondu ilə dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir.
0 Komment
Şərh yazın