TQDK bəzi abituriyentlərin qeydiyyat müddətini uzadıb

TQDK bəzi abituriyentlərin qeydiyyat müddətini uzadıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi abituriyentlərə daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçmək üçün əlavə vaxt verib. Bunu bazar ertəsi Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
O bildirib ki, qeydiyyatla bağlı problemləri yaranmış bütün abituriyentlərə əlavə vaxt verilməyib.

Nağızadənin sözlərinə görə, bu, yalnız tələbələrin qeydiyyatının aparıldığı dövrdə - avqustun 23-dən 31-dək üzrlü səbəblərdən qeydiyyatdan keçə bilmədiklərini TQDK-ya rəsmi şəkildə bildirən abituriyentlərə aiddir. Həmin abituriyentlərin əsasən təhsil haqqının ödənilməsi ilə bağlı problemləri olub.
"Həmin şəxslər hələ qeydiyyat zamanı bizə ərizə ilə müraciət ediblər. Bildiriblər ki, bizim belə problemimiz var, qeydiyyat üçün bizə əlavə vaxt verin. Biz də yalnız həmin müddətdə müraciət edənlərə qeydiyyat üçün əlavə vaxt vermişik. Bu möhlət qeydiyyat bitdikdən sonra müraciət edən abituriyentlərə şamil edilmir", - Nağızadə bildirib.
O əlavə edib ki, qeydiyyatdan keçməyənlər ali təhsil müəssisələrinin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olmuş gənclərdir.
TQDK rəsmisinin sözlərinə görə, əlavə vaxt verilmiş abituriyentlər sentyabrın 5-dək tələb olunan sənədləri təqdim etməklə daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali məktəblərə I mərhələdə qəbul olmuş abituriyentlərin qeydiyyatı avqustun 31-də bitib. Həmin müddətədək I mərhələdə ali məktəblərə qəbul olmuş şəxslərin yalnız 96,6 faizi qeydiyyatdan keçib.
Hazırda ali məktəblərin vakant yerlərinə və 11 illik bazadan orta ixtisas məktəblərinə qəbul olanların daxil olduqları təhsil müəssisəsində qeydiyyatı aparılır. Bu proses sentyabrın 5-də yekunlaşacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər