Nazir müavini: “Gənc ailələrin sosial inkişafına dair yeni qanunun qəbulundan sonra müəyyən irəliləyişlər olacaq”
“Milli Məclisin Sosial Siyasət komitəsi və Gənclər və İdman Nazirliyi gənc ailələrin sosial inkişafına yönələn yeni qanun layihəsi üzərində işləyir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. İ. Babayev deyib ki, hal-hazırda Milli Məclisin Sosial Siyasət komitəsi tərəfindən bununla bağlı işçi sənəd formalaşdırılıb. Lakin hələlik bu layihənin geniş müzakirəsi təşkil edilməyib: “Bizim fikrimiz ondan ibarətdir ki, gənclərlə bağlı hər hansı bir sənəd mütləq şəkildə gənclərin iştirakı ilə geniş ictimai müzakirədən keçsin.
Gənclərin fikir və təklifləri də əks olunduqdan sonra, nazirlik öz rəy və təkliflərini formalaşdırır. Növbəti mərhələdə isə bu layihəyə artıq parlamentdə müvafiq qaydada müzakirəyə çıxarılır. Hər halda hər hansı bir qanunun hazırlanması uzun bir müddət tələb edən prosesdir”.
0 Komment
Şərh yazın