Bakı Metropoliteni 5 stansiyada hərəkəti üç gün ərzində məhdudlaşdıracaq
Bakı Metropoliteninin yeni stansiyalarının tikintisi çərçivəsində tunelin çəkilməsi məqsədilə qarşıdakı istiharət günlərində ikinci dəfə olaraq "20 Yanvar" stansiyasından "Dərnəgül" stansiyasınadək qatarların hərəkətinin dayandırılması gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Metropolitendəki mənbə bildirib.
Bu istiqamətdə hərəkət artıq avqustun 9-13-də bağlanmışdı. Buna səbəb "Memar Əcəmi" stansiyası ərazisində tunelqazan maşının keçməsi olub. Mənbə deyib ki, tunelin çəkilməsinə iki maşın cəlb edildiyinə görə bu istiqamətdə qatarların hərəkəti ikinci dəfə dayandırılacaq.
"Çox güman ki, bu marşrut üzrə hərəkət qarşıdakı günlərdə dayandırılacaq. Hərəkət üç gün ərzində məhdudlaşdırılacaq", - mənbə qeyd edib.
Onun sözlərinə görə, yaxın günlərdə stansiyaların bağlanmasının tarixi dəqiqləşdiriləcək.
Tunel artıq B-1 stansiyasından ("Avtovağzal") B-2 stansiyasınadək ("Memar Əcəmi-2") çəklib və tunelin B-3 stansiyasınadək (Hərbi Hospitalın yaxınlığı) çəkilməsini davam etdirmək üçün "Memar Əcəmi" stansiyası ərazisində (keçid stansiya olacaq) işlərin görülməsi zəruri olub. İşlərlə əlaqədar olaraq, beş stansiyaya - "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyalarına giriş bağlanmışdı.
0 Komment
Şərh yazın