Vergilər Nazirliyindən SMS xidməti ilə bağlı yenilik
Xidmətdən istifadə etməklə təqdim etməli olduğu bəyannamələr haqqında məlumat almaq olar
Vergilər Nazirliyinin rəsmi Facebook saytı İkitərəfli SMS xidmətindən istifadə qaydaları haqqında məlumat yayıb:
“Xidmətdən istifadə etmək üçün ilk növbədə mobil telefon nömrəsi qeydiyyatdan keçirilməlidir.
Bunun üçün mobil telefonda *195*istifadəçi kodu*şifrə# yığılmaqla yes düyməsi sıxılır. Buradakı istifadəçi kodu və şifrə vergi orqanı tərəfindən sizə təqdim edilmiş istifadəçi kodu və şifrə ilə eynidir. Məsələn: *195*00000541*123456#yes
Bu zaman nömrənin qeydiyyatdan keçirilməsi üçün mobil operator tərəfindən nömrənin balansından 0,10 manat xidmət haqqı tutulur.
Nömrənin qeydiyyatdan keçirildiyi barədə müvafiq mesaj telefonunuza gəldikdən sonra aşağıdakı variantlardan birini və ya hər ikisini seçməklə xidmətdən yararlana bilərsiniz:
1. Abunə olmaqla
Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən start yazılıb 8195nömrəsinə SMS göndərilməlidir. Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə də qeydiyyatdan keçirilə bilər. Bunun üçün müvafiq VÖEN və start sözü, məsələn 1000567891 start yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir.
Abunə olmuş vergi ödəyicisinə büdcəyə ödəniş edildikdə, büdcəyə borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, təqdim edilməli bəyannamələri olduqda, fəaliyyətini dayandırdıqda, fəaliyyəti aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə, cari vergi ödəmələri hesablandıqda, ləğv bəyannamələri göndərməli olduqda müvafiq məzmunlu SMS-lər göndərilir.
Aylıq abunə haqqı 1,18 manatdır və abunəlik passivləşdirilənədək hər ay nömrənin balansından sabit şəkildə həmin məbləğ mobil operator tərəfindən tutulur. Abunəliyin passivləşdirilməsi üçün stopyazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir və bu zaman 0,10 manat xidmət haqqı tutulur.
2. Sorğu göndərməklə
Qeydiyyatdan keçirilmiş nömrə abunə olmaqla və ya abunə olmadan 8195 nömrəsinə aşağıda göstərilmiş müvafiq rəqəmləri SMS ilə göndərməklə məlumat ala bilər:
1 yazıb 8195 nömrəsinə göndərməklə - dövlət büdcəsinə olan borc barədə
2 yazıb 8195 nömrəsinə göndərməklə - təqdim etməli bəyannamələr barədə
3 yazıb 8195 nömrəsinə göndərməklə - fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə
Əgər mobil nömrə iki və daha çox vergi ödəyicisi (istifadəçi kodu) üzrə qeydiyyatdan keçirilmişdirsə, bu zaman müvafiq VÖEN və müvafiq rəqəm 8195 nömrəsinə SMS ilə göndərilməlidir. Məsələn: 1000567891 1
Göndərilmiş hər sorğuya görə nömrənin balansından 0,10 manat xidmət haqqı tutulur.”
Bu xidmətdən hazırda yalnız Azercell abonentləri istifadə edə bilər. Xidmətdən istifadə qaydaları barədə ətraflı məlumat almaq üçün iş günləri saat 09:00-dan 18:00-dək Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə (195 nömrəsinə) müraciət edə bilərsiniz.
0 Komment
Şərh yazın