Dövlət dilinə uyğun olmayan firma adlarının qeydiyyata alınması ilə bağlı etiraz

Dövlət dilinə uyğun olmayan firma adlarının qeydiyyata alınması ilə bağlı etiraz

"Təəssüf ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin firma adları çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir"

Azərbaycan Dil Qurumu İctimai Birliyi dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə müraciət edib.
Birlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, "Dövlət dili haqqında" qanunun 17-ci maddəsinə əsasən, "hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır".

"Ancaq təəssüf ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin firma adları çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir. ADQ bundan sonra qeydiyyata alınacaq hüquqi şəxslərin firma adlarının dövlət dilinin normalarına uyğun olmasına xüsusi nəzarət edilməsi ilə yanaşı, mövcud firma adlarının tədricən "Dövlət dili haqqında" qanunun tələblərinə uyğunlaşdırılmasını Vergilər Nazirliyindən xahiş edib", - birlikdən əlavə edilib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər