
Avqust ayında Gürcüstanda yanacaq ikinci dəfə bahalaşdı
Gürcüstanda avqustda ikinci dəfə yanacaq bahalaşıb. Ölkədə bütün növ duru yanacağın qiyməti son günlər 5 tetri (təxminən 3 sent) artıb.
Trend-in məlumatına görə, hazırda benzin və dizelin qiyməti yanacağın keyfiyyətindən asılı olaraq 2,10-2,35 laridir ( 1 dollar = 1,65 lari).
Gürcüstanda yanacağın qiyməti birinci dəfə avqustun 8-də artmışdı. Buna səbəb dünya bazarlarında qiymətin artması olmuşdu.
0 Komment
Şərh yazın