Dövlət orqanlarında olan vakant yerlərdə əmək haqqı niyə göstərilməyib?

Dövlət orqanlarında olan vakant yerlərdə əmək haqqı niyə göstərilməyib?

“Dövlət qulluğu haqqında” Qanunda və təsnifatlarda dəyişiklik edilib

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqustun 7 və 14-də Azərbaycan Respublikasının dövlət orqanlarında olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün iki müsabiqə elan edib. Amma bu müsabiqələrin əvvəlki müsabiqələrdən fərqi odur ki, bu dəfə vakant vəzifələr üzrə əməkhaqları göstərilməyib.
Komissiyanın mətbuat xidməti bunun səbəblərini Modern.az-a açıqladı.
Mətbuat xidmətindən Modern.az-a bildirildi ki, “Dövlət qulluğu haqqında” Qanunda və təsnifatlarda dəyişiklik edilib. Yəni təsnifatların sayı azaldılıb:

“Dəyişiklikdən əvvəlki qanunda 9 təsnifat var idisə, indi 7 təsnifat var. Amma yeni təsnifatlarda əməkhaqları haqqında olan normativ aktın uyğunlaşdırılması aparılmayıb. Ona görə də biz müsabiqələrdə əmək haqqını yerləşdirə bilmirik. Uyğunlaşdırılma aparıldıqdan və yeni sərəncam verildikdən sonra növbəti müsabiqələrdə böyük ehtimal ki, əməkhaqları yerləşdiriləcək”.

Komissiyadan bildirilib ki, hazırda prezident tərəfindən əməkhaqları haqqında yeni sərəncam verilməyib.
“Köhnə sərəncam qüvvədədir, amma köhnə sərəncam da tam olaraq yeni qanuna uyğun deyil. Çünki yeni qanunda 7 təsnifat var, amma köhnə sərəncam 9 təsnifat üzrə əməkhaqlarını müəyyən edir”.
Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği ilə bağlı ölkə başçısının yeni sərəncam verəcəyi gözlənilir. Bu sərəncamla məmurların maaşının artacağı bildirlir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər