17 dövlət orqanında 416 vakant yer üçün müsabiqə elan edildi (Siyahı)
Müsabiqədə hansı sahələr üzrə test tapşırıqları olacaq?
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il 14 avqust tarixində 17 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 416 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.
Komissiyadan Modern.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 404-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli bölümlərində, 12-sı isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, hər bir ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqram və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilən müraciət forması elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən müraciət formasında təhrif olunmuş məlumatlar verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar.
Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 14 avqust 2012-ci il tarixli sayında və 14 avqust 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az verilib. Müsabiqəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları və birinci instansiya məhkəmə orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.
Müsabiqəyə vakant vəzifə təqdim edən dövlət orqanları.
S/ sDövlət orqanı
|
Vakant vəzifələrin sayı
|
1 Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
|
186 84 |
2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
80 |
3 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi |
61 |
4 Nəqliyyat Nazirliyi |
29 |
5 İqtisadi İnkişaf Nazirliyi |
20 |
6 Tələbə Qəbulu üzrə Dövlət Komitəsi |
17 |
7 Milli Arxiv İdarəsi |
3 |
8 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti |
3 |
9 Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi |
3 |
10 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya |
1 |
11 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti |
1 |
Cəmi: |
404
|
Müsabiqəyə vakant vəzifə təqdim edən məhkəmə orqanları.
S/ sDövlət orqanı
|
Vakant vəzifələrin sayı
|
1 Cəlilabad Rayon Məhkəməsi
|
7 |
2 Füzuli Rayon Məhkəməsi
|
1 |
3 Zərdab Rayon Məhkəməsi
|
1 |
4 Lənkəran Rayon Məhkəməsi
|
1 |
5 Masallı Rayon Məhkəməsi
|
1 |
6 Biləsuvar Rayon Məhkəməsi
|
1 |
Cəmi: |
12
|
0 Komment
Şərh yazın