İsti havalarla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbərdarlıq

İsti havalarla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbərdarlıq

Asfalt salınması, yol çəkilməsi və üstü açıq tikintilərdə nəzarət gücləndirilib

Azərbaycanda isti hava şəraiti ilə əlaqədar asfalt salınması, yol çəkilməsi və üstü açıq tikintilərdə nəzarət gücləndirilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib.

Onun sözlərinə görə, tikinti işlərində saat 12:00-dan 16:00-dək fasilələr verilməlidir: «Biz həmişə bu barədə əvvəlcədən xəbərdarlıq edirik. Bölgə müfəttişlərinə tapşırıq veririk ki, harada açıq havada iş gedirsə orada nəzarəti gücləndirsinlər. Asfalt salınan yerlərdə belə havada hökmən işə fasilələr verilməlidir. Çünki asfaltın istisi və günün hərarəti altında belə işləri görmək olmaz. İnşaat işlərini isə kölgədə, üstü örtük yerlərdə davam etdirmək olar. Biz əsasən açıq havada, günəş şüalarının birbaşa təsiri altında tikinti aparılan yerlərdə işləri güclü nəzarətə götürmüşük».

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, tikintidə havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu isti və açıq şəraitdə işçilərin işləməsi qadağandır. Belə şəraitdə işə ya fasilə verilməli, ya da tamamilə dayandırılmalıdır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər