Vergiödəyicilərinin 90 faizi bəyannamələrini vaxtında təqdim edir

Vergiödəyicilərinin 90 faizi bəyannamələrini vaxtında təqdim edir

Azərbaycanda biznes qurmağın keçən hər gün daha asan, daha gəlirli...

Bu gün Azərbaycanda vergiödəyicilərinin 90 faizi bəyannamələrini vaxtında təqdim edir, 80 faizi isə vergi ödəmələrini vaxtında həyata keçirir. Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, inkişaf etmiş ölkələrlə belə müqayisədə yüksək göstəricidir.
O bildirib ki, vergi sistemində müasir texnologiyaların tətbiqi vergiödəyicilərinin öz ödəmələrini həyata keçirməsi prosesində daha loyal olmağa və könüllü əməletmə səviyyəsinin artmasına birbaşa təsir edir.
“Digər tərəfdən, elektron xidmət dövlət qurumuna olan inamı möhkəmləndirir, eləcə də korrupsiya və süründürməçiliyin qarşısının alınmasına şərait yaradır. Eyni zamanda, bu proses vergiödəyicilərinin də fəaliyyətinin şəffaflaşmasına, onlara yeni texnologiyalardan faydalanmağa və istifadəyə stimul verir”.
Nazir Azərbaycanda biznes qurmağın keçən hər gün daha asan, daha gəlirli olduğunu vurğulayıb.
“Əgər vergitutma baxımından qiymətləndirsək, Azərbaycan “Paying Taxes-2012” hesabatında 2011-ci ildə vergi ödəmələrinin sadəliyi reytinqində 26 pillə irəliləyib. Bu, ölkəmizdə vergitutma proseslərinin sadələşməsini göstərən əyani qiymətdir”.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər