Dəhşət!! Azərbaycanda müsəlmanların yalnız 1 faizi ibadət üçün məscidə gedir...
Azərbaycanda müsəlmanların yalnız 1 faizi ibadət üçün məscidə gedir. Bu, ABŞ-da yerləşən Pew Araşdırma Mərkəzininkeçirdiyi sorğunun nəticəsidir. Sorğu 39 müsəlman ölkəsində təxminən 40 min adam arasında keçirilib.
Azərbaycanlılardan sonra məscidə ən az gedənlər albanlar, özbəklər, qazaxlardır.
Məsciddə ən çox ibadət edənlər isə qanalı müsəlmanlardır: 100 faiz. Ümumiyyətlə, bu göstəricidə öndə olanlar Afrika ölkələridir: Liberiya (94), Uqanda (93), Efiopiya (93) və s.
Türkiyədə müsəlmanların 44 faizi məscidə ibadətə gedir.
Azərbaycanda və Özbəkistanda heç vaxt məscidə getməyənlərin sayı da Orta Asiya, eləcə də şərqi və cənubi Avropa ölkələri arasında ən yüksəkdir.
Azərbaycanda 64, Özbəkistanda 71 faiz.
Azərbaycanda məscidə getməyən kişilərlə qadınlar arasında fərq cüzidir.
Kişilərin 65, qadınlar isə 64 faizi ümumiyyətlə məscidə getmir.
Dünya ölkələrinin heç birində Azərbaycandakı kimi kişilər arasında ümumiyyətlə məscidə getməyənlərin sayı bu qədər yüksək deyil.
Malayziyada, Nigeriyada, Çadda və bir sıra başqa ölkələrdə “məscidə getmirəm” deyən kişi repondent olmayıb.
Əfqanıstan və Pakistanda bu göstərici 1, Türkiyədə 8, Rusiyada 21 faizdir.
“Dinin həyatımda əhəmiyyəti çox böyükdür” deyənlərin sayı da müsəlman ölkələrinin çoxu ilə müqayisədə Azərbaycanda nisbətən azdır. (36 faiz)
Bundan az faiz yalnız Qazaxıstan, Özbəkistan və Albaniyadadır.
Bu, təzad, yaxud ziddiyyət sayıla bilər? Məscidə az getmələrinə baxmayaraq, sorğunun nəticələrinə görə, Azərbaycanda rəyi soruşulan müsəlmanların 70 faizi gündə 1 dəfədən çox ibadət etdiklərini deyiblər. (o cümlədən 21 faiz respondent gündə 5 dəfə namaz qıldığını bildirib) Bu, Orta Asiya, eləcə də şərqi və cənubi Avropa ölkələri arasında kifayət qədər yüksək rəqəmdir. Məsələn, Pakistanda bu göstərici 50, Türkiyədə 43, Misirdə 60, İordaniyada 68, Qazaxıstanda 4, Özbəkistanda 17 faizdir…
"Azadlıq.org" saytı
0 Komment
Şərh yazın