Azərbaycanda IX sinif şagirdləri üçün payız imtahanının vaxtı açıqlanıb

Azərbaycanda IX sinif şagirdləri üçün payız imtahanının vaxtı açıqlanıb

IX sinif şagirdləri üçün payız imtahanının vaxtı...

Bu il Azərbaycanda orta məktəblərin IX sinif şagirdləri üçün payız imtahanı sentyabrın 9-da keçiriləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il 29 minə yaxın IX sinif şagirdi həmin imtahanlarda iştirak edəcək.

"Gələn həftədən başlayaraq rayon təhsil şöbələri ilə payız imtahanlarında iştirak edəcək şəxslərin məlumat bazasının dəqiqləşdirilməsinə başlanılacaq", - Abbaszadə deyib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər