39 fərqli islam dövlətində 38 min respondentlə aparılan sorğunun maraqlı nəticələri
İndoneziya əhalisinin 98 faizi zəkat verir...
Amerikanın “Pew” ictimai rəy mərkəzi islam dini ilə bağlı apardığı araşdırmanı başa çatdırıb. APA-nın məlumatına görə, dünyanın 39 fərqli islam dövlətində 38 min respondentlə üz-üzə keçirilən sorğu əsasında hazırlanan araşdırma bu gün “Dünyadakı müsəlmanları eyni və fərqli cəhətləri” adı altında yayımlanıb. Araşdırma müəllifləri qeyd edirlər ki, dünyada yaşayan 1,6 milyard müsəlman qiyamət günü, qismət, mələklərə iman gətirmək kimi dinin əsaslarına eyni münasibət bəsləyir. Sorğuda iştirak edən hər 10 nəfərdən 9-u Ramazan ayında oruc tutduğunu deyib. Ramazan ayında oruc tutmaq kimi zəkat vermək də müsəlmanlar arasında geniş yayılıb. Zəkatın ən çox verildiyi ölkə İndoneziya (əhalinin 98 faizi), bu əmələ o qədər həssaslıqla yanaşmayan isə Kazaxıstan əhalisidir (36 faiz).
Sorğu zamanı Balkanlar və Orta Asiyadakı müsəlmanlar özlərini sadəcə “müsəlmanam” kimi təqdim etsələr də, Yaxşı Şərq və Şimali Afrikadakı müsəlmanlar özlərinin mütləq sünni və ya şiə olduğunu vurğulayıblar. Sorğu keçirilən bütün ölkələrdə qadınların məscidlərə çox az getdiyi ortaya çıxıb, lakin araşdırma müəllifləri bunun dini deyil, sosial məhdudiyyətlərdən qaynaqlandığını vurğulayıblar. 32 ölkədə respondentlərin əksəriyyəti islamı düzgün anlamağın yalnız bir yolu olduğunu bildiriblər. Amerikada yaşayan müsəlmanların 57 faizi isə islama dair fikir ayrılıqlarını qəbul etdiklərinin söyləyiblər.
0 Komment
Şərh yazın