
Azərbaycanda insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğini 2 dəfə artırılıb
Nazirlər Kabinetinin qərarı ilə ödənilən müavinətin məbləği müəyyən edilib
Azərbaycan Nazirlər Kabinet insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğini artırıb.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarı ilə ödənilən müavinətin məbləği 2 dəfə artırılaraq 400 manat məbləğində müəyyən edilib.
Maliyyələşdirmə Daxili İşlər Nazirliyi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Qeyd edək ki, buna qədər müavinətin məbləği 200 manat olub.
0 Komment
Şərh yazın