Bakı Metropoliteninin beş stansiyası müvəqqəti bağlanacaq

Bakı Metropoliteninin beş stansiyası müvəqqəti bağlanacaq

Sabah “20 Yanvar-Dərnəgül” istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı Metropoliteninin "20 Yanvar" - "Dərnəgül" sahəsi avqustun 9-u axşam 22:00-dan avqustun 10-u səhər saat 10:00-dək bağlı olacaq. Bu barədə Bakı Metropolitenindən Trend-ə bildirilib.

Məlumata görə, həmin müddətdə qatarlar "İnşaatçılar" stansiyasından geri qayıdacaq.
Bununla bağlı metropoliten rəhbərliyi sərnişinlərə xəbərdarlıq edib və xahiş edir ki, bu müddətdə qeyd olunan istiqamətdən maksimum dərəcədə istifadə etməsinlər.
"20 Yanvar" - "Dərnəgül" sahəsində 5 stansiya "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları yerləşir.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər