20 milyon məcmu kapitalı olan bankdan iddialı açıqlama

20 milyon məcmu kapitalı olan bankdan iddialı açıqlama

Səhmdarlar qərar verdi: 01 yanvar 2014-ə 50 milyon məcmu kapital!

3 Avqust 2012-ci il tarixində NBC Bank ASC – nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. İclasda Bankın məcmu kapitalının növbəti ilin sonuna qədər 50 milyon manata çatdırılması qərara alınmışdır.
Bununla əlaqədar olaraq zəruri tədbirlərin görülməsi üçün İdarə Heyətinə müvafiq tapşırıqlar verilmişdir.

Məlumat üçün qeyd edək ki, cari ilin iyul ayına olan məlumatlara əsasən Bankın məcmu kapitalı 20 milyon, aktivləri isə 79 milyon manat təşkil edir.
NBC Bank 1992 – ci ildə "Ruzu" Səhmdar Kommersiya Banki kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçib. 17 yanvar 2002-ci ildən adında dəyişiklik edilərək "NBC Bank" ASC adı ilə bank sektorunda fəaliyyətini davam etdirir.
NBC Bankın hal-hazırda Bakı şəhərində 7 və regionlarda 4 filialı fəaliyyət göstərir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər