Azərbaycanın gömrük orqanları büdcə ödənişlərini artırıb

Azərbaycanın gömrük orqanları büdcə ödənişlərini artırıb

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə ödənilən vergi və rüsumların miqdarı məlum oldu           

Bu ilin iyul ayında gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 107 832,24 min manat vergi və rüsumlar ödənilib. Dövlət Gömrük Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bunun 30 575,64 min manatı gömrük rüsumları, 64 960,84 min manatı əlavə dəyər vergisi (ƏDV), 10 797,33 min manatı aksizlər, 1 498,43 min manatı yol vergisinin payına düşüb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında gömrük orqanlarının xətti ilə büdcəyə 665,019 mln. manat vergi və rüsum toplanıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,35% artıqdır. İlk 7 ayda toplanan vəsaitin 190,847 mln. manatı gömrük rüsumları, 422,628 mln. manat ƏDV, 41,401 mln. manatı aksizlər, 10,144 mln. manatı yol vergisinin payına düşür.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər