Qanunvericiliklə Avtoxuliqanlığın cəzası və cəriməsi nədir?

Qanunvericiliklə Avtoxuliqanlığın cəzası və cəriməsi nədir?

Hansı hallarda avtoxuliqanlığa görə sürücünü həbs edə bilərlər?

Maddə 296-1. Avtoxuliqanlıq

Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini  nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması  ilə müşayət olunan qərəzli hərəkətlərə görə -

nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatdək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ  bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə,  pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on  günədək inzibati həbs tətbiq olunur.

Maddə 296-1.2.

Eyni hərəkətlərin il əzində inzibati  tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
nəqliyyat vasitələrinin idarə etmək hüququ bir  ildən iki  ilədək müddətə məhdudlaşdırılmaqla 600 manatdan 800 manatdək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə  etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər