Mərkəzi Bankdan banklara qarşı ciddi məbləğ artımı tələbi

Mərkəzi Bankdan banklara qarşı ciddi məbləğ artımı tələbi

Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılmışdır.  Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 01 yanvar 2014-cü ildən qüvvəyə minir. Keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının realizasiyası üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.
Yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnəcəkdir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər