İri sığorta şikətinin idarə heyətinin sədri xanım oldu
"Paşa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik olub. Şirkətin İdarə Heyətinin yeni sədri vəsifəzinə Ülviyyə Cabbarova təyin edilib. Bu barədə cümə günü Trend-ə şirkətdən bildiriblər.
Şirkətin İdarə Heyətinin əvvəlki sədri Nofəl Rzayev bu vəzifəni tərk edib, lakin "Paşa Holding" qrupunda işini davam etdirir.
İdarə Heyətinin yeni sədri 2001-ci ildən sığorta sahəsində peşəkar fəaliyyət göstərir və 2008-ci ildən etibarəm "Paşa Sığorta"da işləyir. Cabbarova əvvəlcə tibbi və travel-sığortası üzrə anderraytinq-koordinator vəzifəsini tutub, 2009-cu ilin fevralında tibbi və travel-sığortası üzrə menecer, 2010-cu ilin yanvarında isə tibbi və travel-sığortası departamentinin direktoru təyin edilib. Bu dövr ərzində Cabbarova "Paşa Sığorta"nın tibbi yardım xidmətinin təkrar strukturlaşdırılması, habelə tibbi və travel-sığortası departamentində keyfiyyətə nəzarət sistemi standartlarının tətbiqi prosesinə rəhbərlik edib.
Ülviyyə Cabbarova 2010-cu ildə "Paşa Holding"də keyfiyyətə nəzarət sistemi üzrə menecer vəzifəsinə təyin edilib, 2011-ci ilin martında isə "Paşa Holding"in qərarı ilə "Paşa Sığorta"nın əməliyyat blokunun İdarə Heyətinin sədr müavini və rəhbəri seçilib.
Şirkətdən qeyd ediblər ki, hazırda İdarə Heyətinin sədr müavini vəzifəsi boşdur.
0 Komment
Şərh yazın