Mərkəzi Bankdan "Royalbank"la bağlı açıqlama
Bu günədək müflisləşən "Royal Bank" ASC-nin 130 əmanətçisi kompensasiya alıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.
"Dünəndən etibarən onlara 1,538 milyon manat ödənilib", - Cavadov deyib.
Kompensasiyalar üç agent bank - "Muğanbank", "Bank Respublika" və "AGBank" vasitəsilə həyata keçirilir.
"Əmanətçinin istəyindən asılı olaraq, kompensasiyalar həm nağd, həm də nağdsız formada ödənilir. Bəzi əmanətçilər vəsaitlərini agent bankların hesablarına köçürürlər" , - Cavadov qeyd edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata görə, qalan əmanətlər (ADİF tərəfindən sığortalanmayan), həmçinin digər bütün kredit tələbləri üzrə ödənişlər "Royal Bank"ın toplanan aktivləri hesabına həyata keçiriləcək.
"Banklar haqqında" qanuna uyğun olaraq, banka qarşı tələblər məhkəmənin müflisləşmə haqqında qərarının dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınır", - AMB-dən bildirilib.
AMB-dən qeyd edildiyinə görə, öhdəliklərin icrası zamanı əhalinin əmanətlərinin geri qaytarılması prioritet hesab edilir.
Bununla yanaşı, sığortalanan əmanətlər 100 faiz kompensasiya edilir, lakin bir şərtlə ki, o, 30 min manatı ötməsin.
0 Komment
Şərh yazın