234 nəfər təhsil müəssisələrinə işə qəbul olunub

234 nəfər təhsil müəssisələrinə işə qəbul olunub

30-31 iyul tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş növbəti imtahanların nəticələri məlum olub. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 81 nəfər biologiya və 153 nəfər kimya müəllimi seçdikləri təhsil müəssisələri üzrə işə qəbul olunub.

Qeyd edək ki, avqustun 1, 2 və 3-də isə riyaziyyat fənni üzrə 1483 nəfər namizəd 271 vakant yer uğrunda biliklərini sınayacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər