Xalq Royalbanka etibar edirmiş? Royalbankda olan əmanətlərin məbləği açıqlandı
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) müflis olan "Royal Bank"ın əmanətçilərinə ümumilikdə 17,3 milyon manat kompensasiya ödəyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Fondun icraçı direktoru Azad Cavadov bildirib.
"Avqustun 1-dən ADİF kompensasiyaları ödəməyə başlayacaq və bütün ödənişləri iki həftə ərzində başa çatdırmaq planlaşdırılır", - Cavadov deyib.
Onun sözlərinə görə, əmanətçilərin ümumi sayı 6572 nəfərdir, lakin qeyri-dəqiq sənədləşdirmə ilə əlaqədar bankın 150 müştərisinə kompensasiyalar sənədlərin təhlilindən sonra veriləcək" , - Cavadov qeyd edib.
İcraçı direktor vurğulayıb ki, ödənişlərin maksimum məbləği 30 min manata (38 min dollar) qədərdir.
O həmçinin qeyd edib ki, bankın 48 min əmanətçisi olub, lakin yoxlamalardan sonra təqribən 20 əmanətçinin hesabında 1 manatadək məbləğ var.
"50 manat və daha böyük həcmdə çoxsaylı depozitlər var və qərara alınıb ki, ödənişlər kart sistemi ilə həayata keçirilsin", - Cavadov bildirib.
ADİF ödənişləri manat, dollar və avro ilə həyata keçirəcək. Əgər əmanət dollar və ya avroda olubsa, o, mvafiq olaraq dollar və ya avroda ödəniləcək, əgər iki valyutada olubsa, "Royal Bank"ın müflis olduğu gündə, yəni cari ilin iyulun 16-dakı məzənnə üzrə manatla ödəniləcək.
Cavadovun sözlərinə görə, əmanətlərin 56 faizindən çoxu milli valyutanın payına düşür.
0 Komment
Şərh yazın