Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək baş mühasibdən 250 manat aldığına görə korrupsiya cinayətlərində günahlandırılır

Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək baş mühasibdən 250 manat aldığına görə korrupsiya cinayətlərində günahlandırılır

"Azəriqaz"ın vəzifəli şəxsi korrupsiya cinayətlərində günahlandırılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azəriqaz" İstesalat Birliyinin Beyləqan Qaz İstismar Sahəsinin rəisi Sabir Mustafayevin qanunsuz hərəkətləri barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, Beyləqan QİS-in rəisi Sabir Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif bəhanələrlə, o cümlədən rayonda abadlıq işlərinin aparılması adı ilə sahənin baş mühəndisi Arif Fərzəliyevdən 1500 manat, baş mühasib Vaqif Abdullayevdən 250 manat və sahənin digər əməkdaşlarından ümumilikdə 4095 manat məbləğində pul almaqla fiziki şəxslərin, eləcə də işlədiyi təşkilatın qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər