İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə hansı bankımız müflis elan olundu?

İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə hansı bankımız müflis elan olundu?

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə "Birlikbank" ASC müflis elan edilib və iflas prosesinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatda deyilir.
Bankın ləğvedicisi "PR VAM Beynəlxalq Audit Konsaltinq" MMC təyin edilib.
Kreditorlar borcluya öz tələblərini bu elanın qəzetdə dərc olunduğu tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə qanunvericiliyə müvafiq qaydada tərtib edərək verə bilərlər.

Bütün borclular və başqa müvafiq orqanlar "Birlikbank"ın ləğvedicisi olan "PR VAM Beynəlxalq Audit Konsaltinq" MMC-nin direktoru Qabbasəli Qurbanovla əlaqə saxlamalıdırlar.

Ünvan:
Bakı şəhəri, Xətai rayonu, Nobel prospeketi,23
Əlaqə:  (012) 496-75-90
 (050) 215-82-38
 (055) 215-82-38
 (070) 215-82-37

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan "Birlikbank"ASC-nin lisenziyası ləğv edilib. "Birlikbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv olunub.
Bankın fəaliyyəti prudensial qaydalara və etibarlılıq qaydalarına zidd həyata keçirilib ki, bu da onun maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. AMB-nin qanunvericiliyin tələblərinin və müxtəlif normativ aktların pozulması barədə xəbərdarlıq etməsinə baxmayaraq, "Birlikbank" institusional inkişaf və maliyyə vəziyyətinin yaxşılaşdırılmasının təmin olunması barədə tələblərin yerinə yetirilməməsi səbəbindən öz ödəniş qabiliyyətliliyini itirib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər